Şərabın İNANILMAZ FAYDASI - Ayda 6 kq arıqladır

Şərabın İNANILMAZ FAYDASI - Ayda 6 kq arıqladır
08:43 14 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Şərab həyatın bizə verdiyi ən böyük ləzzətlərdən biridir. Ləzzətli dadı ilə yanaşı, həddi aşmadıqda bədənə faydalı təsir göstərir. Şərab ürək-damar xəstəliklərinin inkişafına mane olur və artıq piylərin əridilməsi prosesini sürətləndirir. Qırmızı şərabın tərkibinə yeni yağ hüceyrələrinin yaranmasına mane olan piseatannol daxildir. Bunu ABŞ-ın İndiana ştatındakı Purdue Universitetinin alimləri kəşf edib.

Publika.az xəbər verir ki, şərab pəhrizi ilə bir ayda 6 kq arıqlamaq mümkündür.

Yatmazdan əvvəl yemək yeyirsinizsə, bu vərdişi, ümumiyyətlə, tərgitmək barədə düşünməyə dəyər. Yatmazdan iki saat əvvəl nahar etmək və yatmadan əvvəl bir stəkan şərab içmək daha yaxşıdır. Şərab mədəni yaxşı doyurur, aclıq hissini yatırır. Bu, yuxunuzu yaxşılaşdıracaq, gecə yuxudan oyanmağınıza və soyuducudan yemək axtarmağanıza mane olacaq. Ancaq kişilərə iki stəkandan, qadınlara isə bir stəkandan artıq şərab içmək məsləhət görülmür.

Qırmızı ət və ya pendir yediyiniz zaman menyuya şərab da əlavə edin. Bu, həzm prosesini asanlaşdıracaq və qida maddələrinin udulmasını yaxşılaşdıracaq. Şərab bədən yağının və xolesterin yığılmasının qarşısını alır və bununla da arıqlamağa kömək edir.

Bir stəkan ağ şərabın tərkibində 125, bir stəkan qırmızı şərabda – 135 kalori var. Müqayisə üçün deyək ki, bir dilim tort 235 kaloridir. Faydalı olmayan yemək ilə bir çox cəhətdən faydalı olan içki arasındakı fərqi dərhal görə bilərsiniz.

Qidalanma mütəxəssisi Ruben Bravo arıqlamaq istəyənlər üçün xüsusi şərab pəhrizi hazırlayıb. Onun sözlərinə görə, bu pəhrizlə bir ayda 4-6 kq arıqlamaq mümkündür. Qeyd etmək lazımdır ki, istədiyiniz nəticəni əldə etmək üçün hər bir şəxs müxtəlif miqdarda fərqli qidalar qəbul etməlidir.

Bu texnikanı istifadə etməzdən əvvəl həkimə müraciət etmək lazımdır. Bütün pəhrizlər bütün insanlara eyni şəkildə təsir göstərmir, odur ki, qidalanma hər bir insanın xüsusi ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Şərab pəhrizi

Səhər yeməyi

Kəpəkli çörək, sərt qaynadılmış yumurta, vetçina və meyvələr (alma, portağal, armud, çiyələk), kofeinsiz qəhvə. Manqo və qovun istifadəsini məhdudlaşdırmalıdır, çünki onların tərkibində çox kalori var.

Nahar

Mütləq tərəvəz yeməkləri hazırlayın. Əsas yemək balıq və ya yağsız ət olmalıdır. 150 ml şərab içmək məsləhət görülür. Günün bu vaxtında çörəkdən imtina etmək daha yaxşıdır.

Şam yeməyi

Tərəvəz bulyonu, toyuq, ət və ya dəniz məhsulları. Qadınlara bir stəkan qırmızı şərab içmək tövsiyə olunur, kişilərə ikidən çox deyil.

Normal ölçüdə şərab ehtiva edən pəhriz yaxşı nəticələr verə bilər. Ancaq bir dietoloqa baş çəkməyin vacibliyini unutmayın. O, sizə fərdi məsləhətlər verəcək, hansı məhsullardan imtina etmək lazım olduğunu müəyyənləşdirəcəkdir. Həkim rəyi olmadan saxlanılan şərab pəhrizi sağlamlığınıza zərər verə bilər.

Dietoloqlar arıqlamaq üçün xüsusi tövsiyələr verir, lakin həmişə bədəninizə və ehtiyaclarınıza uyğun olaraq hazırlanmış bir pəhrizə əməl etmək daha doğrudur.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/290098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR