"Şəkil çəkdirmək üçün görüşmürük" - İrandan Tramp açıqlaması

İran Xarici İşlər Nazirliyi sözcüsü Abbas Musəvi Tehranda təşkil etdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin BMT iclası üçün bu ayın sonunda Nyu-Yorka gedəcəyini bildirən Musəvi ABŞ-ın sanksiyalar siyahısına alınan Xarici İşlər naziri Cavad Zərifin də şərtlər uyğun olacağı təqdirdə onunla gedəcəyini deyib.

Həsən Ruhani ilə ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda görüşə biləcəyinə dair dünya mediasında yer alan iddialara cavab verən Musəvi deyib:

"Bu xəbərləri təsdiq etmirəm. Nə belə bir proqram gündəmdədir, nə də Nyu-Yorkda belə bir görüşün həyata keçəcəyini düşünürəm. Cənad Ruhaninin də dediyi kimi, şəkil çəkdirmək üçün görüşmürük, görüş konkret nəticə ilə sonlanmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR