Boris Conson mətbuat konfransına qatılmadı - Protestolara görə

Lüksemburq Baş naziri Xavier Bettel İngiltərə Baş naziri Boris Conson ilə Lüksembuqrdakı görüşlərindən sonra ortaq keçirilməsi planlanan mətbuat konfransında tək başına iştirak edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, lüksemburqlu həmkarı ilə açıq havada keçiriləcək mətbuat konfransına qatılması gözlənilən Consonun Brexitə qarşı olan nümayişçilərin yüksək səsli protestoları səbəbi ilə konfransa qatılmadığı bildirildi.

Kameralar qarşısına tək başına çıxan Bettel Consonun boş qalmış kürsüsünü göstərərək gülümsəyib və ona təşəkkür edib:

"Consonla bağlı çox şey eşidirəm, amma oxudum çox şey yoxdur. Birlikdən ayrılmağı İngiltərə özü seçib, buna görə də, Londonun 2016-cı il regetenfumundan dolayı Avropa Birliyini günahlandırmamalıdır".

Bettel İngiltərənin AB-dən 31 oktyabrdan daha gec ayrılmasını istəmədiklərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR