"ABŞ qüvvələri tezliklə bölgəni tərk etməlidir" - "Üçlü Zirvə"də bunlar danışıldı

Türkiyənin paytaxtı Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezindenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında 3-lü Zirvə baş tutub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Zirvənin açılış nitqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada atəşkəsin təmin olunması üçün lazım olan hər şey edilməlidir:

"Zirvənin ölkəmiz, bölgəmiz və Suriya üçün xeyirli olmasını diləyirəm.Üçlü Zirvə toplantıları əhəmiyyətli nailiyyətlərə imza atıb. Zirvə toplantıları vasitəsi ilə son iki ildə Suriyada sülh, təhlükəsizlik və istiqrarın yenidən bərpa olunması üçün iş birliyimizi dərinləşdirdik. Suriyada sülhün təmin olunması üçün daha çox məsuliyyət götürməliyi olduğumuz zamandayıq. Bugünki toplantımızda İdlib, Fəratın şərqi və suriyalı mültəcilərini müzakirə edəcəyik. Ölkəmiz ən sıxıntılı günlərində Suriya xalqının yanında olmuşdur".

İran prezidenti Həsən Ruhani isə çıxışında ABŞ qüvvələrinin Suriyadan çıxmalı olduğunu qeyd edib:

"Suriyanın ərazi bütünlüyü və suverenliyinə ciddi şəkildə riayət edilməlidir. Suriyaya istiqrar və hüzurun geri dönməsi üçün lazımi şərait təmin edilməlidir. Türkiyə, Rusiya və İranın gündəmi sülh, terrorizmlə mübarizə, konstitusiya komitəsinin qurulması və ölkənin yenidən qurulması yönündən göstərilən səylərdir. İran keçmişdə olduğu kimi Suriya böhranının sadəcə siyasi yolla həll olunacağına inanmaqdadır. Suriya höküməti və xalqı müxtəlifliliyini də nəzərə alarsaq, gələcəyini müəyyən etmə gücünə sahibdir. Suriyadakı çatışmalar 9-cu ildir ki davam edir və bəzilərinin rejimi dəyişdirmə cəhdlərinin önəmini itirdiyini görürük. Terrorizmlə mübarizəyə davam edilməlidir və eyni zamanda sivil xalq təhlükəyə atılmamalıdır.

Xarici qüvvələr bugün ya da sabah bölgəni tərk edəcəklər, lakin biz qonşular burada olacağıq. ABŞ prezidenti keçən il hərbi qüvvələrini Suriyadan çəkəcəyini demişdi. Bu sözlərin də aqibəti onun digər sözləri kimi oldu. ABŞ qüvvələrinin tezliklə bölgəni tərk etməsi və Suriyanın Fərat şərqində suverenliyinin təmin edilməsi lazımdır".

Son olaraq çıxış edən Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, beynəlxalq qurumlar da Suriya məsələsində addım atmalıdırlar:

"Ortaq cəhdlərimiz nəticəsində Suriyada istiqrar təmin edilmiş və şiddət səviyyəsi aşağı düşmüşdür. Suriyadakı xaosun həlli üçün bir addım atdıq. Suriyadakı qruplarla mübarizə əhəmiyyətli bir məsələdir, İdlibdəki vəziyyət isə narahatedicidir. İdlib terroristlərə sığınacaq olmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR