Beyin xərçənginin əsas əlamətləri məlum oldu

Bəzən ürək bulanması və qusma ilə müşayiət olunan baş ağrısı, huşun itirilməsi, ayaq və əllərdə hərəki pozğunluqların müşahidə olunması, nitqdə qüsurların yaranması, yaddaş zəifliyi, gözlərin əhatə dairəsinin azalması beyin xərçənginin əsas inkişaf göstəriciləridir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Klinik Onkoloqlar Cəmiyyətinin mütəxəssisi Qriqori Kobyakov söyləyib.

O əlavə edib ki, beyin şişinin ilk əlamətlərindən biri də epileptiform tutmalarının olmasıdır.

Onun sözlərinə görə, Rusiyada əhalinin hər yüz minindən 23-də beyin şişlərinə rast gəlinir. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR