Ölülər haqqında tük ürpərdən araşdırma -Cəsədlər çürüyərkən hərəkət edirmiş

Avstraliyada ölmüş insanların məzarda çürüyərkən hərəkət edib etmədiyinə dair aparılan araşdırmanın nəticəsi hər kəsi şok edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Avstraliyanın Tafonomika Təcrübə Tədqiqat Müəssisəsində ölü bədənlərin quruduğu və çürüyən əzaların hərəkət etdiyi aşkar olunub.

Araşdırmaçılar meyitlərin necə hərəkət etdiyini araşdırmaq üçün sürətləndirilmiş kameralar qurublar. Kameralar 30 dəqiqə fasilələrlə görüntüləri qeyd edib və cəsədlərin əhəmiyyətli dərəcədə hərəkət etdiyini sübut edib. Araşdırmanın nəticəsinə görə, ölümün üzərindən bir ildən uzun müddət keçsə belə bədənlər hərəkət edə bilir. Araşdırmaçı Alison Uilson xüsusilə qolların əhəmiyyətli ölçüdə hərəkət etdiyini bildirib.

Nyu Kastl universitetindən tibb antropoloqu Xanthe Mallett isə "Ölünün nə qədər hərəkətli olduğunu görmək məncə insanları təəccübləndirəcək, mən görəndə heyrətlər içində qaldım. Ən çox da qolların bu qədər çox oynaması məni şok etdi" deyərək araşdırma nəticəsindən duyduğu həyəcandan bəhs edib.

Uilson və Mallet sözügedən tapıntıların polislər, xüsusilə də cinayət yeri araşdırmaçıları üçün əhəmiyyətli olduğunu bildirib. Cəsədin ölüm anındakı mövqeyini hər zaman qoruduğu düşünülürdü.

https://metbuat.az/news/1256795/mugenni-tenqidlere-meruz-qalan-heyat-yoldasina-destek-cixdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR