"Hər hansı bir ölkəyə girə bilərik" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp Kaliforniya əyalətinin Meksiya sərhəddində tikilən səddlə tanış olub və burada jurnalistlərə maraqlı açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İrana hərbi müdaxilə mövzusunda danışan Tramp qeyd edib:

"Orta Şərqdə nələr olacağını vaxtı gələndə görəcəyik. Bir müdaxilə etmək hər zaman asandır. Tək bir telefonla hər hansı bir ölkəyə girə bilərik. Bunun bugün olması şərt deyil, sabah da olar, 2 həftə sonra da".

Tramp keçən həftə vəzifədən çıxardığı Ağ Ev Beynəlxalq Təhlükəsizlik sözcüsü Con Bolton ilə bir çox məsələdə fikir ayrılığı yaşadıqlarını qeyd edərək bildirib ki, Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi, bataqlığa düşdülər. Orta Şərqdə polis olduq, bu qorxunc idi.

Meksika sərhəddində tikilən səddin qanunsuz miqrant problemini həll edəcəyini vurğulayan Tramp artıq ölkəyə daha çox insanin gələ bilməyəcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR