"Adam evində ayaqqabı ilə oturur?"

"Adam evində ayaqqabı ilə oturur?"
14:32 19 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Yalandan ev, maşın göstərirlər. Deyirlər, toya gedirəm, bununla özlərini yekə tuturlar. Toy sənət deyil. Mübariz Tağıyev toya getmir, amma sənəti var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil" verilişində deyib. Müğənni sosial şəbəkədə məşhurlaşan ifaçıları tənqid edib:

"Paylaşırlar şəkil, müğənni evində ayqqabı ilə oturub. Adam evində ayaqqabı ilə oturur? İnstaqram-da nəsə paylaşırlar, 5 min bəyəni gəlir. Gedin konsert verin o sizi bəyənənlərin 2 mini gəlsin izləməyə. Saxta işlərlə insanları çaşdırmayın.

Bu axının səbəbkarı sponsorlardır. Yeni gələndə başqa cür olurlar, sonra dəyişirlər. Bu da bizim millətə xas olan haldır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/787366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR