ABŞ Həsən Ruhani və Cavad Zərifə viza verdi

BMT Baş Assambleyasının iclası üçün ABŞ-a gedəcək İran Prezidenti Həsən Ruhani və İran Xarici İşlər naziri Cavad Zərifə viza verilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi sözcüsü Abbas Musəvi sosial media hesabından paylaşım edərək Cavad Zərifin Nyu-Yorka gedəcəyini qeyd edib. O, Həsən Ruhaninin isə toplantıya qatılıb-qatılmayacağı barədə məlumat verməyib. Həsən Ruhani ABŞ-ın viza verməməsi halında BMT Baş Assambleyasının iclasına qatılmayacağını açıqlamışdı.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi avqust ayında Cavad Zərifi sanksiya siyahısına əlavə etmişdi və səbəb kimi onun İran lideri Ayətullah Xomneyiyə çalışması göstərilmişdi. Bu sanksiya Cavad Zərifin ABŞ-dakı bütün mal varlığına aid edilir, eyni zamanda ABŞ vətəndaşlarının onunla hər hansı bir ticarət aparmasını qadağan edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR