"Səudiyyə Ərəbistanına aid neft şirkətinə hücumu İran edib" - Hizbullah Baş katibi

"Hizbullah" qruplaşmasının Livandakı nümayəndəsi Həsən Nəsrallah Səudiyyə Ərəbistanı və Birləşmir Ərəb Əmirliklərinə (BƏƏ) çağırış edib. O bildirib ki, hava müdafiə sistemləri almaq əvəzinə, Yəməndə davam edən müharibəni durdurmaq lazımdır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, dəstəkçilərinə xitabən televiziyada açıqlama verən Nəsrallah deyib ki, Səudiyyə ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid təsislərə edilən hücumlar Yəmənda hökümətə qarşı vuruşan və İran tərəfindən dəstəklənən Husilər tərəfindən həyata keçirilib:

"Dünya Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin Yəmən xalqına hər gün etdiyi hücumlara səssiz qalır, amma, insan təlafatının olmadığı neft şirkətinə hücuma beynəlxalq tənqidlər ard-arda gəldi. Səudiyyə ərəbistanı və BƏƏ hava müdafiə sistemlərinə böyük məbləğlər xərcləmək yerinə, Yəməndəki müharibəni durdurmalıdır. Onlara tövsiyyə edirəm ki, müdafiə sistemi almaqdan daha ucuz və Donald Trampın alçaltmalarından daha şərəfli olan Yəmən savaşını durdursunlar".

Həmçinin İsraildəki seçkilərlə bağlı danışan Nəsrullah İsraildə bənzəri görülməmiş bir liderlik böhranının yaşandığını qeyd edib:

"İsrail Baş naziri Benyamin Netanyahu seçimləri qazanmaq üçün ABŞ-dan böyük dəstək almaqla bərabər hər yola baş vurur. Lakin buna baxmayaraq, o uduzdu. İsraildəki seçkilər bizi maraqlandırmır. Onların fələstinlilər ilə ərəblərə qarşı hücum siyasətləri eynidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR