Parisdə elektrik su taksisinin sınaqları keçirilir

Parisdə elektrik su taksisinin sınaqları keçirilir
11:35 21 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

İsveçin "Seabubbles" şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını keçirir.   
 
"ICTnews" Elektron Xəbər Xidməti "Belta www.belta.by" resursuna istinadən yazır ki, innovativ elektrik taksi Fransa paytaxtında yolların nəqliyyat yükünü azaltmağa və şəhərdə ekoloji vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.
 
Məlumata görə, "SeaBubbles" aparatı saatda 50 km sürətlə hərəkət etməyə imkan verən dörd elektromotorla təchiz edilib. Bundan başqa, su taksisinin konstruksiyasına aparatı su üzərindən qaldıran dörd maili dayaq daxildir.
 
Paris meriyası tərəfindən sınaqların şəhər kənarında yerləşən İssi-le-Mulino do Bersi körpüsü yaxınlığında keçirilməsinə icazə verilib. Bununla yanaşı, su taksisinə sınaqlarda iştirak etmək istəyən adi sərnişinlər mindirilib.
 
Ümumi sərnişin tutumu dörd nəfər təşkil edən su elektrik taksisi saatda 50 km sürətlə hərəkət edir və adi planşet vasitəsilə idarə olunur.
 
İlkin mərhələdə yeni nəqliyyat növündən Parisdə, 2020-ci ilin yazınadək isə digər şəhərlərdə istifadə planlaşdırılır.
 
Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63011-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR