“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib
11:35 21 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Huawei" şirkəti Münhendə keçirilən tədbirdə "Huawei Vision" televizorunu təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, avqustda nümayiş olunan "Honor Vision" və "Vision Pro" modelləri kimi, "Huawei" brendli televizor şirkət tərəfindən hazırlanan "Harmony OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Əvvəlcə alıcılara 65 və 75 düym diaqonallı modellər, daha sonra 55 və 85 düymlük versiyalar təklif olunacaq. Qurğularda "4K" təsvir ölçülü və 120 QHs takt tezlikli yenilənməyə malik kvant pikselli matrisalardan istifadə olunub. Yeni televizor nazik metal çərçivə və videokonfransların keçirilməsi üçün irəliyə çıxan kamera ilə təchiz edilib.
 
"Harmony OS" sistemi sayəsində televizor "HiLink" platformasını dəstəkləyən qurğular üçün "ağıllı" ev mərkəzi kimi çıxış edə biləcək. Bundan başqa, süni intellekt sistemi əsasında çoxsaylı funksiyaların mövcudluğu qeyd olunur. Model səsli komandaları, istifadəçinin sifətə görə tanınmasını və izlənməni dəstəkləyir. Həmçinin uşaqların gözlərini qorumaq üçün xüsusi rejim nəzərdə tutulub.
 
Bundan əlavə, "Huawei" smartfonlarını asanlıqla qoşaraq onların kontentini böyük ekranda göstərmək mümkün olacaq. Distansiyalı idarəetmə pultu sensorludur və enerjini "USB Type-C" vasitəsilə toplayır. Həmçinin videozəngi smartfonda başlayaraq televizorda davam etmək olar.
 
"Huawei Vision" televizorunun buraxılış tarixi və qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63009-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR