Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək
12:35 21 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Dibotics" şirkətinə məxsus "Outsight" startapı uzaq obyektlərin kimyəvi tərkibini müəyyənləşdirmək üçün zəif gücə malik lazerlərdən istifadəyə başlayıb. Bu texnologiya əsasında avtonom nəqliyyatı ətraf mühit obyektlərinə qarşı daha həssas edəcək üçölçülü semantik kameranın buraxılışı planlaşdırılır.    
 
"ICTnews" Elektron Xəbər Xidməti "Telecom Daily www.tdaily.ru" resursuna istinadən yazır ki, təklif edilən konsepsiya avtonom nəqliyyatın təhlükəsizlik sistemlərinin gücləndirilməsini nəzərdə tutur. Məsələn, belə "3D" kamera piyadaları tanıyaraq onları dərinin kimyəvi tərkibinə görə müəyyənləşdirəcək.
  
Startap təsisçisi Raul Bravonun sözlərinə görə, "3D" semantik kamera gələcəkdə təkcə avtonom nəqliyyat sistemlərində deyil, eyni zamanda istənilən növ infrastrukturun idarə edilməsi üçün tətbiq oluna bilər. O, kameralara düşməyən informasiyanı təqdim edə biləcək.
 
Bildirilir ki, semantik kameralar yönəldiyi obyektin hansı materialdan hazırlanmasını  müəyyənləşdirə bilir. Onları robot texnikasında, eləcə də 4 və 5 səviyyəli avtonom nəqliyyat vasitələrində istifadə etmək mümkündür.
 
Sensor sistem real vaxt rejimində hiperspektral analiz aparmağa imkan verən azgüclü, uzaq məsafəli və gözlər üçün təhlükəsiz genişzolaqlı lazer vasitəsilə əksər obyektlərin kimyəvi tərkibini müəyyənləşdirəcək.
 
"Outsight" kamerası, həmçinin faydalı informasiyanın təqdim edilməsi və obyektlərin təsnifatı üçün "3D SLAM on Chip" (R) funksiyasına malikdir.
 
Avtonom nəqliyyat vasitələri üçün semantik kameraların daha bir üstünlüyü onların yoldakı vəziyyət (məsələn, yollar buz bağladıqda) barədə vacib məlumatlar verməsindədir. Sistem, həmçinin malik olduğu imkanlar sayəsində piyada və velosipedçiləri daha tez identifikasiya edir.
 
Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63013-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR