Bu gün həlak olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Metbuat.az xəbər verir ki, həlak olan hərbi qulluqçu (MAXE) 1984-cü il təvəllüdlü E.Məmmədov Qırğızıstanın Oş vilayətində anadan olub. Onun cənazəsi sabah Samux rayonunun Sarıqaya kəndində torpağa tapşırılacaq. (azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR