"Sevəcəyim şəxs mənə sərbəstlik, azadlıq verməlidir" - SEVİNC ŞƏRT QOYDU

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Sevanın (Sevinc Ağaşirinova) "Yeni Müsavat”a müsahibə verib.

Metbuat.az həmin müsahibəni təqdim edir:

- Türkiyədə son olaraq "Çek, çek” mahnınıza çəkilən klipi təqdim etdiniz. Klipi bəyənənlər qədər bəyənməyənlər də çox oldu. Klipin altında mahnının çox sadə olduğu, yalnız kiməsə söz atmaq məqsədi ilə yazıldığı bildirildi. Tənqidlərə münasibətiniz necədir?

-Tənqidlərə açığam. Sağlam tənqiddən dərs çıxarıram. Mahnının sözlərini sadə adlandıranlara demək istəyirəm ki, indi belə dəbdir. Türkiyədə atmacalı mahnılar sevilir. Onlar trip atmaq deyir. Qısqananlar çatlasın, öl, sürün kimi sözlər mahnılarda çox istifadə olunur. Mənim mahnım da "trip”li mahnılar sırasına qoşuldu. Adama yalançı, fırıldaqçı dedim. İndiki kişilər bu sözlərə layiqdir.

- Hazırda sevdiyiniz şəxs varmı?

- Hazırda yoxdur. Özümü işimə həsr etmişəm. Türkiyədə evlənmə təklif edənlər çox olur. Onlar bizim qadınları çox bəyənirlər. Amma mənim istədiyim kimi biri qarşıma çıxmayıb. Mənim sevəcəyim şəxs ciddi olacaq, əylənməyi biləcək, sərbəslik verəcək. Kişi kimi kişi olacaq. Həm sahiblənəcək, həm də azadlıq verəcək. İşimə görə məni sıxmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR