Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik” - FOTO

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik” - FOTO
16:27 22 Sentyabr 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində çoxluğun cadugər ailələrindən qorxduğu da iddia olunur. Etdikləri cadugərlik sayəsəsində lüks həyat yaşayan bu ailələr indi də Amerikaya mühacirət etmək üçün yollar axtarır. Bəziləri artıq ölkələrini tərk ediblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rumıniyanın ən güclü cadugəri olaraq bilinən Mihaela Minka da Los-Ancelesdə yeni bir həyata başlamaq qərarına gəlib.

Mihaela Minka Rumıniyanın ən məşhur və güclü cadugərlərindən sayılır. 

O, Amerikaya getməsininin səbəbini bu cür izah edib: "Amerika insanların yaşaması üçün daha azad bir ölkədir. Xüsusilə burada cadugərlər rahat şəkildə öz işlərini görə bilirlər. Mən burada dünyanın bir çox yerindən olan cadugərlərlə tanış oldum. Hətta burada cadugərlər Hollivud bulvarında küçənin ortasında rahat şəkildə əyləşib, fala baxırlar".

Qeyd edək ki, ötən aylarda Rusiya, Kuba, Orta Şərq və Hindistandan olan cadugərlər ABŞ prezidenti Donald Tramp üçün biraraya gəlmişdilər. Donald Trampın mühacirlərə olan münasibətini bəyənməyən cadugərlər onu əngəlləyəcəklərini bildirirlər. Mihaela Minka da bu həmkarlarına dəstək verəcəyini bildirib. Minka mühacirlərin qarşısını almaq üçün bir divarın inşa edilməsini qəbul etmədiklərini qeyd edib. Minka etdikləri cadunun işə yarayacağını və hökumətin immiqrantların qarşısını alacaq bir divar üçün büdcə ayıra bilməyəcəyini deyib.

Minka Mihaela Donald Trampa edilən bu cadu üçün Los-Ancelesdə böyük bir toplantının baş tutduğunu bildirib. O, bəzi məşhur Hollivud ulduzlarının da onları ziyarət etdiyini bildirib. Adlarını açıqlamayacağını desə də həmin məşhurlardan birinin adını söyləyib. Onun dediyinə görə, Arnold Şvartsenegger onu bir neçə də ziyarət edib. 

Minkadan məşhurların hansı sehrləri tələb etdiyini soruşanda isə "sevgi sehrləri" deyə cavab verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/788258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR