“Papanin yolu” on il sonra açıldı - VİDEO

“Papanin yolu” on il sonra açıldı - VİDEO
16:52 22 Sentyabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin" kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol artıq sürücülərin ixtiyarına verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərin əsas nəqliyyat qovşaqlarından biri hesab olunan bu yolun açılması həm sürücülərin, həm də piyadaların hərəkətində rahatlıq yaradıb.

Ərazidə metrostansiyanın tikintisi uzun illər idi ki, magistralın bağlı olmasına, dolayısı ilə avtomobillərin hərəkətində maneələrin yaranmasına və tıxaclara səbəb olurdu.

Həmçinin yaxınlıqda yerləşən hərbi xəstəxanaya gediş-gəliş də çətinləşmişdi.

Qeyd edək ki, yolun bağlı olması səbəbindən sürücülər daha çox Tbilisi prospektindən istifadə edirdi və bu da tıxacların yaranmasına gətirib çıxarırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/788262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR