İran “Stena Impero” tankerinı azad edəcək

İran “Stena Impero”  tankerinı azad edəcək
17:17 22 Sentyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Fars körfəzində iyul ayında saxlanılan İsveçə məxsus “Stena Impero” tankeri bu gün (22 sentyabr) İran tərəfindən azad edilə bilər.
“Report” xəbər verir ki, bu barədə “TASS” gəminin aid olduğu şirkətə istinadən məlumat yayıb.
Gəminin yaxın saatlarda buraxılacağı qeyd olunur.
“Anladığımız kimi, gəminin sərbəst buraxılması ilə bağlı siyasi bir qərar verilib. Biz gəminin İranın ərazi sularını tərk etməsini istəyirik”, gəminin sahibi olduğu “Stena Impero” şirkətindən bildirilib.
"Stena Impero" tankerinin sahibi Erik Honell də bildirib ki, rəsmi Tehran tankeri bir neçə saat sonra azad edəcək.
Qeyd edək ki, bundan əvvəl “Stena Impero” tankerindən bir neçə dənizçini azad edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ran-stena-impero-tankerini-azad-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR