Cəlilabadda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Cəlilabadda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb
17:42 22 Sentyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə avtomobilin içərisində olan Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Adil Vəli oğlu və rayonun Suluçeşmə kənd sakini, 1972-ci il təvəllüdlü Quliyev Mehman Tehranxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-minik-avtomobili-asib-iki-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR