“Burda olmaqdan və onunla işləməkdən çox razıyam” - Lukaku

“Burda olmaqdan və onunla işləməkdən çox razıyam” - Lukaku
17:47 22 Sentyabr 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in futbolçusu Romelu Lukaku İtaliya A Seriyasının 4-cü turu çərçivəsində "Milan"la qarşılaşdıqları oyundan (2:0) sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, belçikalı hücumçu, komandanın baş məşqçisi Anotino Konteni tərifləyib:

"Antonio Konte ilə güclü əlaqələrimiz var. Həqiqətən, mənə çox kömək edir. Hər zaman belə bir baş məşqçi ilə çalışmaq istəmişəm. Burda olmaqdan və onunla işləməkdən çox razıyam.

Bu oyun bizim üçün çox vacib idi. Qələbə qazandıq. İndi qarşıda Lazio ilə də çətin oyunumuz var.

Çempionluq haqda danışmaq üçün daha tezdir. Oyundan oyuna irəli getməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/788274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR