Cəbrayıl Həsənov: "Səhvlərim vardı, gələn yarışlarda düzəltməyə çalışacağam"

Cəbrayıl Həsənov:  "Səhvlərim vardı, gələn yarışlarda düzəltməyə çalışacağam"
17:52 22 Sentyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

"Əlbəttə, istərdim ki, əvvəlki məğlubiyyətimin əvəzini çıxım. Amma alınmadı".
"Report"un Qazaxıstana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Nur-Sultandakı dünya çempionatında 79 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.
Təcrübəli pəhləvan rəqibi Kayl Deyki gözlədiyi kimi güləşmədiyini bildirib: "Rəqib ilk yarıda ehtiyatlı güləşdi. İkinci hissədə iki imkan oldu, bacarmadım. Səhvlərim vardı, gələn yarışlarda düzəltməyə çalışacağam. Builki dünya çempionatınının finalında o, məni öz güləşinə çəkdi. Ötən gün yarımfinal görüşündə qolumda ağrılar hiss etdim".


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cebrayil-hesenov-sehvlerim-vardi-gelen-yarislarda-duzeltmeye-calis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR