Hitleri dünyanın başına bəla edən yalan ustası... - FOTO

Hitleri dünyanın başına bəla edən yalan ustası... - FOTO
17:57 22 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Cozef Goebbels...

Milli.Az musavat.com-a istinadən bildirir ki, 1897-ci ildə anadan olan Goebbels gənclik illərində təhsili kənara qoyub, jurnalistikaya üz tutub. O, kiçik oyunlarla, fırıldaqlarla gündəlik yaşamını sürdürməyə çalışıb. Goebbelsin ən ilginc özəlliklərindən biri də onun Aryan irqinə dərindən bağlı olması idi. 

‘‘Yalan ne kadar büyükse, inananı o kadar çok olur!’’ sözünü duymuş muydunuz?

Cozef Goebbels 27 yaşında nasist partiyasına rəsmi şəkildə üzv olub. Partiyaya qoşulduqdan sonra özü kimi olan hər kəsə nifrət etməyə başlayıb. 

Sırada Hitlerin gözünə girmək var idi. O, 1926-cı ildə Hitler ilə yaxından tanış oldu. Bir neçə saatlıq söhbətin ardından Cozef artıq Hitler üçün əvəzolunmaz bir adama çevrilmişdi. 

Hitler onun nasist partiyası üçün çox önəmli işlər görə biləcəyini düşünməyə başlamışdı. Hitler Goebbelsi təltif etdi və ona Berlin nasist təşkilatını ələ almağı təklif etdi. Berlinə o vaxtlar "qırmızı" deyilirdi, buna görə də Goebbels uğur qazanmaq istəyirdisə, bu sərt solçu şəhərdə olmalı idi. 

27 yaşında Nazi partisine resmi olarak kaydoldu, hayatını adadığı entelektüel yaşamı reddetme pahasına...

Cozef nasist təbliğat bölməsinə rəhbərlik etdi və Berlində zorakılığın ən yaxşı dostu olduğunun fərqinə vardı. Küçə çıxışlarında qurduğu cümlələr ilə artıq əsl siyasət adamı olduğunu göstərmişdi. Qısa müddət ərzində o qədər tanındı ki, nasist partiyasında Hitlerdən sonra onun adı gəlirdi.

Siyasətdə Goebbelsin təsiri ilə təbliğat getdikcə aqressivləşdi. 1933-cü ildə Hitler bütün təbliğat materiallarının yayılması üçün Goebbelsi vəzifələndirdi. Radiolar təbliğat yayırdılar və mədəniyyət mərkəzlərinin hər küncü Goebbelsin təxribatçı mesajları ilə dolu idi.

Sırada Hitler'in gözüne girmek vardı. 1926'da idolüyle tanıştı birkaç saatlik sohbetin ardından artık o da idolü için vazgeçilmez biri olmuştu.

Hakimiyyət ambissiyası artdıqca, təbliğat yalanları da artdı və insanları həvəsləndirmək üçün izah olunmayan tədbirlər başladı. Goebbels insanları cahil etmək üçün əlindən gələni edirdi və bunu da çəkinmədən söyləyirdi. 

Almaniyanı fəlakətə aparan qərarlarla yanaşı, kitablar, sənət əsərləri, Goebbels tərəfindən bəyənilməyən mahnılar yoxa çıxırdı və nasistləri tərifləyən sənətçilər üçün xüsusi büdcələr ayrılırdı. Ağlasığmaz ödənişlər edilir və təbliğat üçün insanlara təsir edən əsərlər çəkilirdi.

Nazi propaganda biriminin başına geçerek Berlin'e korku saldı, çekindiği şiddetin en iyi dostu olduğunu da orada öğrendi.

Bu əsərlərin hər kəs tərəfindən izlənməsi üçün radiolar ucuzlaşdı, hətta kinoteatrlar kiçik kəndlərə getdi, pulsuz sərgilər açıldı.

Hitlerin arxasındakı pis düşüncəli, yalanları ilə ona yön verən Goebbels tarixdə bir nömrəli yalan ustası olaraq yerini alıb. Çox təəssüf ki, o, söylədiyi yalanların, apardığı yalnış təbliğatların bir çoxunda da bacarıqlı olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/788275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR