Cəbrayıl Həsənov final görüşündə uduzdu

Cəbrayıl Həsənov final görüşündə uduzdu
18:08 22 Sentyabr 2019
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov final görüşünə çıxıb.

Report xəbər verir ki, 79 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi ABŞ təmsilçisi Kayl Deyk olub.

Görüş ötənilki dünya çempionatında olduğu kimi, yenə Deykin qələbəsi ilə yekunlaşıb.

İlk yarıda 0:2 hesabı ilə geri düşən Həsənov ikinci hissənin əvvəlində də rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə o, 2:4 hesabı ilə uduzaraq, yenə gümüş medalla kifayətlənib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/290973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR