Azərbaycan cüdoçusu Daşkənd "Qran-Pri"sində 2-ci yeri tutub

Azərbaycan cüdoçusu Daşkənd "Qran-Pri"sində 2-ci yeri tutub
18:22 22 Sentyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Qran-Pri" turniri başa çatıb.
"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Kişilərin mübarizəsində 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançı gümüş medala layiq görülüb.
Xatırladaq ki, bu Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Yarışın ilk günü qadın cüdoçu Leyla Əliyeva "Qran-Pri"də 2-ci yeri tutub. Özbəkistanda dünyanın 70 ölkəsindən 421 cüdoçu qüvvəsini sınayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudocusu-daskend-qran-pri-sinde-2-ci-yeri-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR