Şərif Şərifov da çempion ola bilmədi

Şərif Şərifov da çempion ola bilmədi
18:52 22 Sentyabr 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 97 kiloqram çəki dərəcsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.

İlk hissəni 0:3 hesabla uduzan Şərif, ikinci hissədən də 0:4 hesabla məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/788283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR