Rusiyalı boksçu faciəvi şəkildə öldü

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dostları ilə spirtli içki içən idmançı sərxoş halda oteldəki otağına qayıdıb. Alekseyin otağından qışqırıq səslərinin gəldiyini eşidən dostları ora daxil olublar və boksçunun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR