"Çelsi" "Liverpul"a, MY "Vest Hem"ə uduzdu, "Arsenal" isə...

"Çelsi" "Liverpul"a, MY "Vest Hem"ə uduzdu, "Arsenal" isə...
22:37 22 Sentyabr 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.

"Mançester Yunayted" "Vest Hem"lə qarşılaşıb. "Qırmızı şeytanlar" bu görüşdə iki cavabsız qolla məğlub olub. 

Turun mərkəzi oyununda lider "Liverpul" çətin "Çelsi" səfərinə yollanıb. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların ardıcıl 6-cı qələbəsiylə yekunlaşıb. 

"Arsenal" isə "Aston Villa" ilə ev oyununda çətin qələbəyə sevinib.

İngiltərə Premyer Liqası
6-cı tur
20 sentyabr

Sauthempton - Bornmut 1:3
Qol: Uord-Prouze, 52-pen - Ake, 10. H.Uilson, 35. C.Uilson, 90+5.

21 sentyabr

Lester - Tottenhem 2:1
Qol: R.Pereyra, 69. Meddison, 85 - H.Keyn, 29.

Bernli - Norviç 2:0
Qol: Vud, 10; 14.

Everton - Şeffild Yunayted 0:2
Qol: Mina, 40-öz qapısına. Musset, 79.

Mançester Siti - Uotford 8:0
Qol: D.Silva, 7. Aquero, 12. Mahrez, B.Silva, 15; 48; 60. Otamendi, 18. De Breyne, 85.

Nyukasl - Brayton 0:0

22 sentyabr

Kristal Pelas - Vulverhempton 1:1
Qol: Dendonker, 46-öz qapısına - Jota, 90+5.

Vest Hem - Mançester Yunayted 2:0
Qol: Yarmolenko, 44. Kressuell, 84.

Arsenal - Aston Villa 3:2
Qol: Pepe, 59-pen. Çembers, 81. Obameyanq 84 - Makqinn, 20 Uesli, 60.

Çelsi - Liverpul 1:2
Qol: Kante, 71 - Aleksandr-Arnold, 14. Firmino, 30.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/788310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR