Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
07:47 23 Sentyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Nyu-Yorkda AzərbaycanErmənistan XİN başçılarının görüşü keçiriləcək.
"Report" xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/bu-gun-nyu-yorkda-azerbaycan-ve-ermenistan-xi-n-rehberleri-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR