Meksikada qasırğa nəticəsində fövgaladə vəziyyət elan olunub

Meksikada qasırğa nəticəsində fövgaladə vəziyyət elan olunub
07:50 23 Sentyabr 2019
104 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın şimal-qərbindəki iki vilayətində birinci kateqoriyalı Lorena qasırğasının təsiri ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Trend-in məlumatına görə, bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir. Ümümi olaraq söybət 530 mindən çox insanın yaşadığı La Paz və Los Cabos bələdiyyələrindən bəhs edilir.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin tətbiqi bölgədə hökumətə təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq və vətəndaşlara yardım göstərmək üçün xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə kömək edəcəkdir. Fəlakət nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib, maddi zərərin ümumi miqdarı təxmin edilməkdə qalır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3122440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR