Pakistan prezidenti müharibə siqnalı verdi

Pakistan prezidenti müharibə siqnalı verdi
08:23 23 Sentyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın diqqətinin HindistanPakistan arasındakı Kəşmir böhranına yönəldiyi bir vaxtda Pakistan prezidenti Arif Alvi türkiyəli jurnalistlərə mühüm açıqlamalar verib.

Publika.az xəbər verir ki, Pakistan ordusunun müharibəyə hazır olduğunu deyən prezident həmçinin, Hindistana dialoq çağırışı edib.

Alvi Baş nazir İmran Xan ilə aralarında olan bir dialoqu danışıb və Hindistanın danışıqlar masasılna gəlməyəcəyi halda, müharibə siqnalını verib: “Baş nazir İmran Xan belə dedi: Əvvəl BMT-yə gedim, sonra Kəşmirə girməliyiksə, girərik”.

Problemi danışıqlar və diplomatiya yolu ilə həll etmək istədiklərini vurğulayan Pakistan prezidenti müharibə istəmədiklərini bildirib:

“Bəs Hindistan istəsə necə olacaq? Pakistan ordusu bu müharibəyə çox hazırdır, çox təcrübəlidir. Daha əvvəl çox terrorla mübarizə apardıq. Pakistan həmişə qardaşlarına, dostlarına və mediaya qarşı diplomatikdir. Amma bu da bir gerçəkdir ki, Cammu Kəşmirdə 100 mindən çox insan öldürüldü, xalqı əzilir, qadınlarına təcavüz edilir və istəmədikləri bir ölkəyə qoşulmağa məcbur edilirlər”.

Xatırladaq ki, ötən həftə Qətərin “Əl-Cəzirə” telekanalına danışan Pakistanın Baş naziri İmran Xan Hindistana qarşı nüvə gücündən istifadə ehtimalının olduğunu bir daha təkrarlamışdı.

DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/291001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR