Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
08:33 23 Sentyabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Nyu-Yorkda AzərbaycanErmənistan XİN başçılarının görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/291002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR