MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər

MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər
08:42 23 Sentyabr 2019
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclas keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, iştirakçılar xarici qüvvələrin müdaxiləsi ilə bağlı çətinlikləri neytrallaşdırmaq üçün bu istigamətdə birgə əməkdaşlıq fəaliyyətlərini müzakirə etmək niyyətindədirlər. Məşvərət orqanının sədri, Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin MDB kəşfiyyat orqanlarının rəhbərlərinin forumunu açacaq.

Qeyd edək ki, görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumat mübadiləsi, əməkdaşlıq formaları və istiqamətlərini yaxşılaşdırmaq istəklərini qeyd edəcək bir memorandum imzalamaq niyyətindədirlər. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, TürkmənistanÖzbəkistanın nümayəndə heyətləri iştirak edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/788325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR