KİV: "Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər

KİV: "Barselona"nın baş məşqçisi istefaya göndərilə bilər
08:47 23 Sentyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona" futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.
"Report"un məlumatına görə, bu barədə İspaniyanın AS nəşri bildirib.
Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında - "Vilyarreal"la evdə, "Xetafe" ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.
Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı - İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.
Daha əvvəl bildirilirdi ki, İspaniya "Barselona"sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-barselona-nin-bas-mesqcisi-istefaya-gonderile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR