Azərbaycanda elmlə məşğul olan qadınların sayı məlum oldu

Azərbaycanda elmlə məşğul olan qadınların sayı məlum oldu
08:48 23 Sentyabr 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb.

2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub.

Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.

Ötən ilin məlumatlarına görə, ölkədə 832 qadın humanitar sahə üzrə tədqiqat aparır. Qadınların elmdə ən az diqqət göstərdikləri sahə tibdir. Ötən il cəmi 3 nəfər qadın tibb sahəsi üzrə tədqiqat işi aparıb. Həmin şəxslərdən yalnız birinin elmi dərəcəsi (fəlsəfə doktoru) olub.

2010-cu ildə elmi tədqiqat və işləmələrlə mşğul olan qadınların 63-ünün, 2018-ci ildə 149-nun elmlər doktoru, 2010-cu ildə 805-inin, 2018-ci ildə 1 040-ının fəlsəfə doktoru elmi dərəcəsi olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/291003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR