Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir

Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir
09:12 23 Sentyabr 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti bütün istiqamətlər üzrə Rusiya ilə strateji əməkdaşlığın inkişafına kömək edəcəkdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Vanq Yi Çinin 70-ci ildönümü münasibətilə hökumətinin saytında dərc olunmuş açıqlamasında bildirib.

Vanq Yi bildirib: "Çin-Rusiya əlaqələri hərtərəfli strateji əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb. Biz bütün istiqamətlərdə irəlləyiş etmək niyyətindəyik".

Vanq Yinin sözlərinə görə, Çin qonşu ölkələrlə əlaqələri intensiv inkişaf etdirmək və onlarla davamlı qarşılıqlı etimadı gücləndirmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/788329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR