Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub vəfat etdi
09:13 23 Sentyabr 2019
259 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış alim, Xəzər Universitetinin department rəhbəri Vurğun Əyyub dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat yayıb.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən V.Əyyubun vəziyyəti ötən gün ağırlaşmışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/291007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR