Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu - Deputat

Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu - Deputat
09:36 23 Sentyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

25 il əvvəl - sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə Azərbaycan uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atdı.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin qətiyyətli addımları, uzaqgörən siyasəti nəticəsində mümkün oldu: “O zaman Azərbaycan müstəqilliyini yeni qazanmışdı, ölkədə xeyli çətinliklər var idi, beynəlxalq şirkətlər Azərbaycana investisiya qoymağa maraqlı deyildilər. Lakin ulu öndər Heydər Əliyev dünyanın iri şirkətlərini Azərbaycana gətirməyi bacardı və tarixi müqavilə imzalandı”.

Deputat vurğulayıb ki, "Əsrin müqaviləsi" bağlandıqdan sonra ölkə iqtisadiyyatında çox mühüm dəyişikliklər oldu: ““Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycana investisiya axını oldu və ölkə iqtisadiyyatında artım müşahidə edilməyə başlandı. Elə ilkin mərhələdə ölkənin iqtisadi tənəzzül dövrü bitdi və 1995-ci ildə ilk dəfə olaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsulda 0.1 % artım əldə olundu”.

A.Hüseynov əlavə edib ki, sonrakı dövrdə neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı: “Neftdən gələn gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu, sosial məsələlərin həlli üçün şərait yaratdı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı”.

Deputat bildirib ki, Azərbaycanın bugünkü siyasi və iqtisadi uğurlarının əsasında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu: “Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi “Əsrin müqaviləsi”nin mahiyyətini daha da artırdı. Bu sənəd təkcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da Azərbaycana böyük faydalar gətirdi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artı, Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi qəbul olundu”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3121940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR