İnsan beyni haqqında bilmədiyiniz 10 möcüzəvi fakt

İnsan beyni möcüzəli bir orqandır. Hansı ki, alimlər hələ də bu orqanla bağlı tam məlumata sahib deyillər.

Metbuat.az insan beyni ilə bağlı az bilinən xüsusiyyətləri təqdim edir:

Dünyanın maqnit sahəsini hiss etmək.

Dünyanın 2 qütbü var və bu qütblər arasında bir maqnit sahəsi mövcuddur. Maqnit sahəsi quşların köç zamanı istiqaməti müəyyən etmələrinə yardım etmək kimi özəlliklərə sahibdir. Belə ki, canlılar bu maqnit sahəsini hiss edərək istiqamət götürə bilirlər. Həmçinin insanlar da eyni xüsusiyyəti daşıyır. Təbii ki, heyvanlar qədər yox amma, aparılan təcrübələr insanların dəyişən maqnit sahələrinə reaksiya verdiyi görülmüşdür.

Bioloji saat.

Bəzi insanlar tam olaraq oyanmaq istədikləri saatda oyana bilirlər. Bu məhz beynimizin bir özəlliyindən qaynaqlanır. Xüsusən də, standart bir oyanma vaxtınız varsa beyniniz buna alışır. Beyin oyanma saatından əvvəl stress hormonları buraxmağa başlayaraq bu prosesi idarə edir. Bu səbəbdəndir ki, uzun müddətli tətildən sonra erkən oyanıb işə getmək çətin olur, yaxud, bazar günləri istəmədən erkən oyanırıq.

Yuxuda olarkən eşitmə və öyrənmə.

Beynimiz yuxuya getdiyi zaman da dünya ilə bağlantını kəsmir. Komputeri söndürmək əvəzinə yuxu moduna atdığımız zaçan işləməyə davam edər, ancaq minimum səviyyədə çalışar. Beynimiz də bənzər bir vəziyyətdə oıur. Yuxu zamanı beyin hiss orqanlarına təsir edən şeyləri - əsasən səsləri qəbul edə bilir. Şüurlu bir öyrənmə olmasa da, bu mərhələdə eşitdiklərimiz zehnimizdə qalır.

Xəyal edərək piano ifa etməyi öyrənmək.

Bir təcrübədə 2 qrupa ayrılan insanların yarısına həqiqətən piano dərsləri keçirilib, digər qrupa isə bunu xəyal etmələri tapşırılıb. Nəticədə hər iki qrup da bənzər səviyyədə piano öyrənməyi bacarıblar. 90-cı illərdə aparəlan bu təcrübə zaçanı beynimizin hər iki üsula eyni dərəcədə reaksiya verdiyi ortaya çıxmışdır.

İlk baxışda isanların xarakterini anlamaq.

Beynimiz insanlara ilk baxdığımız anda xarakter analizi aparır. Və bu analiz əsasən doğru çıxır. Araşdırmalara görə beyin bu zaman sadəcə 0.1 saniyədə qərar verə bilir. Yəni, ilk baxışdakı təəsürat həqiqətən də önəmlidir.

Avtomatik hərəkət etmək.

Əksər insanlar hər gün eyni işləri görürlər. Buna görə də; beyin təkrar təkrar gördüyümüz işləri avtomatik olaraq etməyə başlayır. Araşdırmalar təsdiq edib ki, bunun üçün beynimizdə DMN (default mode network - standart rejim şəbəkəsi) adlaban hissə vardır və bu hissə təkrar edilən hərəkətlərdə daha yaxşı işləyir, nəinki aktiv olaraq edilən işlər. Mövzu ilə aparılan sınaq zamanə 28 insanın iştirak etdiyi bir kart oyununda DMN bölgəsindəki reaksiyalar izlənilib. Məlum olub ki, oyun düşünərək oynandığı zaman daha çətin olur.

Gələcəyi görmək.

Tam olaraq gələcəkdə nə olacağını bilməməyimiz o demək deyil ki, gələcəyi görmürük. Gözlər və beyin arasında münasibətləri incələyən mütəxəssislər bunu isbat ediblər. Gözlərimizlə beynimiz arasındakı "boşluğu" özü təxmin edərək doldura bilən beynimiz birazdan nə olacağını təxmin edə bilir. Bu bacarıq yaş artdıqca inkişaf edir. Məsələn, bir topa vurduğunuzda hara düşəcəyini bilə bilirik.

360 dərəcə sahəni görmə qabiliyyəti.

Arxamızda gözümüz yoxdur, fəqət arxadan biri gəldiyo zaman fərqinə varırıq. Bəzən qıraqdan biri bizə baxdıqda hiss edə bilirik ki biri bizi izləyir. Bunhn səbəbi beynimizin 360 dərəcəlik bucaqla ətrafı görə bilməsidir. Gözlərimizin baxış bucağı məhdud olsa da, beynimiz belə deyil. Eyni zamanda, baxış bucağımızda olmayan sahədən gələn səslərə qarşı daha həssas olduğumuzu da elm isbat etmişdir. (Görmə əngəlli insanların daha yaxşı eşitmə və hissetmə qabiliyyətinə malik olmasını xatırlayın.)

Məşq etməyi düşünərək əzələ yığmaq.

Ohayo Universitetinin mütəxəssisləri 29 nəfərlə bir sınaq keçirdi. Həmin şəxslərin biləkləri gipsə qoyulub və onlara həftədə 5 dəfə, gündə 11 dəqiqə biləklərini məşq etdirdiklərini düşünmələri tapşırılıb. Nəticədə onların gipsdə oıan biləklərinkn digər biləklərindən daha güclü olduğu məlum olub.

Özümüzü etmədiyimiz bir cinayəti törətdiyimizə inandırmaq.

Beyinlə bağlı ən maraqlı nüanslardan biri də yaddaşı idarə etməsidir. Beynin hansı hissəsində hansı yaddaşın saxlandığı elmə məıum deyil. Daha əvvəl baş verməmiş hadisələri beynimiz xatırlaya bilir. Həmçinin, özümüzü etmədiyimiz bir şeyi etdiyimizə inandıra bilirik. Aparılan bir təcrübədə insanların 70%-nin özlərini etmədikləri cinayətləri etdiklərinə inandırdıqları ortaya çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR