"ABŞ İranla müharibə etməkdən qaçır, amma..." - Mayk Pompeo

ABŞ Xarici İşlər naziri Mayk Pompeo ABŞ-ın İranla müharibə etməkdən qaçdığını, ancaq tədbir görmək məqsədi ilə bölgəyə əlavə qüvvələr göndəriləcəyini açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Mayk Pompeo verdiyi açıqlamada bu tədbirlərin uğursuz olacağı təqdirdə ABŞ prezidenti Donald Trampın hərəkətə keçəcəyindən əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Vaşinqton və Tehran arasındakı gərginlik Səudiyyə Ərəbistanının milli neft şirkətinə aid təsislərə edilən hücumda ABŞ-ın İranı günahlandırması ilə artmışdı. Bu hücumun ardında rəsmi Pentaqon bölgəyə əlavə birliklər göndəriləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR