Təzə aldığı maşınla atasını ziyarətə getdi, qəzada öldü

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Şahpələngov Qüdrət Tarızan oğlunun idarə etdiyi minik maşını yoldan çıxaraq, aşıb.

Nəticədə, sürücü və sərnişin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əkbərov Bayram Ələddin oğlu ağır kəllə-beyin travması alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Q.Şahpələngovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı B.Əkbərovun vəziyyəti ağır olduğundan paytaxt Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, Q.Şahpələngov yeni avtomobil aldığı üçün Ağsu rayon Dilman kəndində yaşayan atasını ziyarətə gəlib və axşam saatlarında Bakıya qayıtmaq üçün yola çıxıb.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR