UEFA Millətlər Liqasında Azərbaycanın yer aldığı Liqanın formatı müəyyənləşib

UEFA Millətlər Liqasında Azərbaycanın yer aldığı Liqanın formatı müəyyənləşib
09:52 25 Sentyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə çıxış edəcəyi C Liqasının formatı açıqlanıb.
"Report"un məlumatına görə, bununla bağlı qərar Avropa futbol qurumunun İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qərar qəbul olunub. Qərara əsasən, C Liqasında Azərbaycandan əlavə, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, QazaxıstanMoldova da yer alacaq. Ümumilikdə 16 komanda 4 bərabər qrupa bölünəcək.
Qrup qalibləri 2022/2023 mövsümündə çıxış etmələri üçün B Liqasına yüksələcəklər. D Liqasına isə 2 komanda enəcək. Onlar qrup sonuncuları arasında ev və səfər prinsipi ilə keçiriləcək pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək.
Digər liqaların tərkibi isə belədir:
A Liqası: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya
B Liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
D Liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.
Bu format 55 milli assosiasiya ilə UEFA arasındakı məsləhətləşmələrdən sonra qəbul olunub. Üzv ölkələr yoldaşlıq görüşlərinin sayını minimuma endirmək istəklərini ifadə ediblər. Digər tərəfdən, bütün komandalar öz qruplarında son oyunlarını eyni vaxtda keçirəcəklər ki, bu da ədalətlilik prinsipini artıracaq. Bu mərhələdə oyunların sayı isə 138-dən 162-yə artacaq. Nəticədə turnirin kommersiya dəyəri artacaq.
Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 - 6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin püşkü 2020-ci il martın 3-də Hollandiyanın paytaxtı Amsterdamda atılacaq.
Millətlər Liqasının qrup oyunları isə 2020-ci ildə olacaq:
I tur: 1 - 3 sentyabr
II tur: 6 - 8 sentyabr
III tur: 8 - 10 oktyabr
IV tur: 11 - 13 oktyabr
V tur: 12 - 14 noyabr
VI tur: 15 - 17 noyabr.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-milletler-liqasinda-azerbaycan-ucun-yeni-format

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR