Mədəaltı vəzinin düzgün fəaliyyəti üçün FAYDALI MƏHSULLAR

Mədəaltı vəzinin düzgün fəaliyyəti üçün FAYDALI MƏHSULLAR
16:28 28 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Yağlı, şirin, ət və un məmulatları və onların birləşmələri mədəaltı vəzi yükləyir, bu da onun funksiyasının pozulmasına səbəb olur. Mədəaltı vəzi problemlərinin qarşısını almaq üçün rasiona həzm sistemini yaxşılaşdıran qidaları daxil etməlisiniz.

Publika.az oxucuları mədəaltı vəzini qoruyan məhsullarla tanış edib.

1. Qarabaşaq yarması

Qarabaşaq yarması bütün dənli bitkilər arasında ən sağlam taxıldır. Çox miqdarda lif ehtiva edir. Bundan əlavə, diabetik xəstələrin əsas menyusunu təşkil edir, çünki aşağı qlisemik indeksə malikdir.

2. Brokoli

Mədəaltı vəzi tərəvəzləri çox sevir, bunun səbəbi mədəaltı vəzini yükləməməsi və tərkibində çox faydalı maddələrin olmasıdır.

Belə ki, brokkoli tərkibində apigenin var. Bu, qanda şəkərin səviyyəsini idarə etməyə kömək edən və hüceyrələri patogen təsirlərdən qoruyan bir maddədir.

3. Topinambur

Bu bitki iltihablı proseslərin qarşısını alır və qanda şəkərin səviyyəsinin aşağı düşməsinə kömək edir, eyni zamanda sağlam insanda diabet inkişaf riskini azaldır.

4. Qırmızı üzüm

Qırmızı üzümdə olan resveratrol adlı maddə güclü və təbii bir antioksidandır. Beləliklə, qırmızı üzümün istifadəsi iltihabı azaldır və ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır.

5. Biyan kökü

Biyan kökü çox sayda müxtəlif xəstəlik üçün müalicəvi bir vasitədir. Odur ki, ondan xalq təbabətində çoxdan istifadə edilir.

Mədəaltı vəzi xəstəliklərində də kömək edir. Biyan vəz toxumalarında iltihabı aradan qaldırır, həmçinin ağrı və şişkinliyi azaldır.

6. Balqabaq

Bütün tərəvəzlər kimi, mədəaltı vəzi yükləmir. Buxar və ya sobada bişirin. Yağ əlavə etməyin.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/291561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR