"Qəbələ" bu gün APOEL-in qonağı olacaq

"Qəbələ" bu gün APOEL-in qonağı olacaq
07:22 2 Oktyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Qəbələ” komandası UEFA Gənclər Liqasının yeni mövsümündə ilk matçını keçirəcək.
“Report” xəbər verir ki, əyalət təmsilçisi I mərhələnin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Paytaxt Nikosiyadakı “Makarion” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Famil Xəlilovun baş məşqçisi olduğu “Qəbələ” səfərə 18 futbolçu ilə yollanıb. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.
Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.
Reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 final görüşləri isə 17 - 18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.
Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir AFFA-nın təşkil Gənclər Liqasında çıxış edir. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
“Qarabağ” və APOEL-in əsas komandaları UEFA Avropa Liqasının cari mövsümündə eyni qrupda yer alıblar. Üstəlik, Kipr təmsilçisi bu ilin avqustunda Ağdam klubunu Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (1:2, 2:0)
UEFA Gənclər Liqası
I mərhələ, ilk oyun



18:00. APOEL (Kipr) və “Qəbələ” (Azərbaycan)
Baş hakim: Furkat Atacanova
Yan xətt hakimləri: Denis Labaşyov və Sergey Kalaçyov (hamısı Qazaxıstan)
Dördüncü hakim: Kiriakos Xristodulu (Kipr)
UEFA nümayəndəsi: Vasko Doyçinovski (Makedoniya)
Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)
Nikosiya, “Makarion” stadionu


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-bu-gun-apoel-in-qonagi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR