“Düdelanj”ın qapıçısı: “Qarabağ”la matçda hamımız nəticə barədə düşünürük”

“Düdelanj”ın qapıçısı: “Qarabağ”la matçda hamımız nəticə barədə düşünürük”
10:07 2 Oktyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

“Hamımız nəticə barədə düşünürük. Bunu arzulamaq istəyirik”.
“Report” xəbər verir ki, bunu “Le Quotidie” portalına müsahibəsində Lüksemburqun “Düdelanj” komandasının qapıçısı Conatan Juber evdə UEFA Avropa Liqasının qrup mərhələsinin II tur çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
“Düdelanj” ölkə çempionatının sonuncu turunda səfərdə “Rosport”u 7:0 hesabı ilə məğlub edib. Lakin 40 yaşlı qolkiper hesab edir ki, bunlar tam fərqli yanaşma tələb edən oyunlardır: “Bu iki görüş arasında ümumi heç nə yxodur. Ancaq “Rosport”u məğlub etdiyimiz üçün bu gün özümüzü çox yaxşı hiss edirik”.
Juber I turda APOEL ilə səfərdə 4:3 hesabı ilə məğlub etdikləri matçda 40 yaş 7 günlüyündə meydana çıxmaqala, turnirin tarixində 40-dan yuxarı yaşda buna nail olan 11-ci futbolçu olub. Turnirin rekordu 2013/2014 mövsümündə Moldova “Şerif”i ilə qarşılaşmada İngiltərə təmsilçisi “Tottenhem”in qapısını qoruyan Bred Firdelə məxsusdur – 42 yaş 173 gün.
Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq “Düdelanj” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dudelanj-in-qapicisi-qarabag-la-matcda-hamimiz-netice-barede-dusunuruk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR