Paşinyan, Putin və Ruhani avtobusda selfi çəkdirdi: "Bu qısa müddətdə..."

Paşinyan, Putin və Ruhani avtobusda selfi çəkdirdi: "Bu qısa müddətdə..."
10:48 2 Oktyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Avrasiya İqtisadi Birliyi Ali Şurasının toplantısına qatılan liderlər zirvədən sonra avtobusda selfi çəkib sosial mediada paylaşıb.

Publika.az xəbər verir ki, selfidə Rusiya lideri Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Ermənistanın baş naziri Nikol Paşinyan, Qırğızıstan prezidenti Suronbay Cenbekov, Moldova prezidenti İqor Dodon, Qazaxıstanın dövlət başçısı Qasım Comərd Tokayev yer alıb.

Fotonu şəxsi sosial media hesabından paylaşan Paşinyan “Avtobus selfisi. Bu qısa müddətdə əhəmiyyətli məsələləri həll etdik” sözlərini yazıb.

Qeyd edək ki, liderlər zirvəsi ötən gün İrəvanda baş tutub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/291899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR