Ölmüş heyvanı kəsib ətini satmaq istəyən şəxs yaxalandı

Ölmüş heyvanı kəsib ətini satmaq istəyən şəxs yaxalandı
11:23 3 Oktyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib.

Publika.az agentliyə istinadən xəbər verir ki, baxış zamanı vətandaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/292013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR