Hökümətə qarşı aksiyalar genişlənir - Küçəyə çıxma qadağası qoyuldu - SON DƏQİQƏ

İraqın paytaxtı Bağdadda davam edən nümayişlər səbəbi ilə küçəyə çıxma qadağası qoyuldu.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hökümətə qarşı keçirilən nümayişlərdə baş verən toqquşmalarda 11 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Artıq Birləşmiş Millətlər Təşkilatı da məsələyə dair açıqlama verərək nümayişçiləri sakitliyə səsləyib.

Nümayişləri dağıtmaq üçün göz yaşardıcı qız və silahdan istifadə olunur. Nümayişlərin keçirildiyi bölgələrdə nümayişçilərin bir-birləri ilə əlaqələrini kəsmək üçün sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

"Reuters" agentliyinə danışan və adını gizli saxlayan bir nümayişçi bütün hökümətin istefa verməsini istədiklərini qeyd edib.

Qeyd edək ki, Dünya Bankının məlumatlarına görə, İraqda işsizlik səviyyəsi 25% civarındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR