Azərbaycanlı beşiktaşlılar ucqar kənddə 290 şagirdi belə təəccübləndirdi - FOTOLAR

Azərbaycanlı beşiktaşlılar ucqar kənddə 290 şagirdi belə təəccübləndirdi - FOTOLAR
14:23 3 Oktyabr 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı Beşiktaş azarkeşlərinin qurduğu "Təbəssüm yarat" könüllü qrupu Astara rayonunun Şümrüd kəndinə yardım kampaniyası təşkil edib.

Publika.az xəbər verir ki, kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 289 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilib.

Ölkənin dörd bir tərəfindən gələn 17 min manat məbləğində ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü səfərbər olub.

"Təbəssüm yarat" kampaniyasının məqsədi Beşiktaş fəlsəfəsi ilə böyüyən insanların öz vətəninə və vətəndaşlarına mərhəməti, paylaşmağı, təhsil almağın əhəmiyyətini aşılamaq, futbolun təkcə idmandan və 22 nəfərdən ibarət olmadığını göstərmək, minlərlə insanın gücünü birləşdirməklə yüzlərlə şagirdi təhsilə cəlb etmək və həvəsləndirməyin mümkünlüyünü isbatlamaqdır.

3 il ərzində Azərbaycanın 4 müxtəlif ucqar rayonunda (Daşkəsən, Ağdam, Ağcabədi, Astara) 5 məktəbdə təhsil alan şagirdləri sevindirən Beşiktaşlılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR