Elçin Quliyev Ermənistanla sərhədə gedib, düşmən təxribatlarının qarşısının alınması barədə tapşırıq verib

Elçin Quliyev Ermənistanla sərhədə gedib, düşmən təxribatlarının qarşısının alınması barədə tapşırıq verib
14:32 3 Oktyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­layıb. 
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
Yoxlanış oktyabrın 2-3-də aparılıb. 
Son günlərdə xid­­mə­ti əra­­zidəki əməliyyat şəraiti, Ermənistan Si­lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi­nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhə­dinin müdafiəsi və mühafizəsi üzrə xid­məti fəaliy­yətin təkmilləş­diril­məsi, düşmənin təxribatlarının qarşı­sının qətiy­yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril­məsi barədə tapşırıqlar verilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/elcin-quliyev-ermenistanla-serhede-gedib-dusmen-texribatlarinin-qarsi-sinin-alinmasi-barede-tapsiriq-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR