Böyük şairimizin sensasion məktubu üzə çıxdı - Araşdırmaçı AÇIQLADI (VİDEOMÜSAHİBƏ)

Böyük şairimizin sensasion məktubu üzə çıxdı - Araşdırmaçı AÇIQLADI (VİDEOMÜSAHİBƏ)
16:03 3 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan mühacirət tarixi o qədər zəngindir ki, toplamaqla qurtarmır. İş adamlarına, xeyriyyəçilərə müraciət edirəm ki, yeni kitabın çap olunmasını istəyirlərsə, mənə dəstək olsunlar, Türkiyədə satılan Cümhuriyyət mühacirət arxivinin qalanını da ala bilim”.

Bu sözləri Publika.Tv-yə müsahibəsində jurnalist, araşdırmaçı yazar Dilqəm Əhməd deyib. O bildirib ki, Cümhuriyyət mühacirət arxivini almağa 10.000 dollar lazımdır: “Hesablamışam, qiyməti təxminən 10.000 dollardır. Rəsulzadənin silahdaşlarına yazdığı bir neçə məktubu da var ki, biri 500 dollardır, 10-a yaxın məktubdur”.

Yazar tədqiqatlar zamanı onu ən çox təəccübləndirən hadisədən də danışıb: “Məni ən çox təccübləndirən şəxsi arxivlərdən olan məktublardır. Mühacirlərimiz həddindən artıq acınacaqlı həyat yaşayıblar. Məktublarda bir-birindən borc istəmə durumu var. Hansı məktubu oxusan mütləq borc üzərinə gəlib çıxır”.

Sevinc Xanqızı


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/292046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR